AZ

Qırğızıstan Prezidenti Trampın dəvəti ilə ABŞ-yə səfər edəcək

BAKI, 27 oktyabr. TELEQRAF

Qırğızıstan Prezidenti Sadır Japarov ABŞ Prezidenti Donald Trampın noyabrın 6-da Vaşinqtonda keçiriləcək Mərkəzi Asiya və ABŞ dövlət başçılarının sammitində iştirak dəvətini qəbul edib.

Teleqraf xəbər verir ki, bu barədə Qırğızıstan liderinin mətbuat katibi Əsqaət Alagözov bildirib.

“ABŞ Prezidenti Donald Trampdan Mərkəzi Asiya və ABŞ dövlət başçılarının növbəti görüşünə Qırğızıstan Prezidenti Sadır Japarova ünvanlanmış dəvət qəbul edilib. Qırğızıstan Prezidentinin Administrasiyası dövlət başçısının ABŞ-yə işgüzar səfərinə hazırlıq üçün müvafiq işlər görür”, - Alagözov TASS-a deyib.

Sonuncu dəfə Mərkəzi Asiya ölkələri və ABŞ başçıları oxşar formatda 2023-cü ilin sentyabrında görüşüblər.

Seçilən
43
1
teleqraf.com

2Mənbələr