AZ

Paşinyan: "Xalq özü seçəcək: sülh, yoxsa münaqişə və forpost məntiqi"

Hurriyyet.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan 2026-cı il seçkilərinin ölkədə sülh üçün kritik bir il olacağını bildirib.

Paşinyan deyib: "Növbəti parlament seçkiləri iyun ayında keçiriləcək və bu seçkilər bir əsas sualın cavabını verəcək. Ermənistan Respublikası xalqı öz səsli ilə sülhə sadiqliyini təsdiqləməlidir. Əks halda, Ermənistan münaqişəyə və forpost məntiqinə yuvarlanacaq".

Onun sözlərinə görə, xalq sülhə sadiqliyini təsdiqləməklə yanaşı, müstəqillik, suverenlik və dövlətçiliyin yeni səviyyəsi ilə bağlı qərarını da təsdiq edəcək.

Hürr Tərcüman

Seçilən
12
1
hurriyyet.az

2Mənbələr