AZ

İndoneziyada 6,3 bal gücündə ZƏLZƏLƏ

Bu gün səhərə yaxın İndoneziyanın Şərqi Nusa-Tenqara əyalətində 6,3 bal gücündə zəlzələ baş verib.

Modern.az xəbər verir ki, ölkənin meteorologiya, iqlim və geofizika agentliyinin məlumatına görə, sunami təhlükəsi gözlənilmir.

Yeraltı təkanlar yerli vaxtla saat 04:28 radələrində qeydə alınıb. Zəlzələnin episentri Şimali Mərkəzi Timordan 82 kilometr şimal-qərbdə yerləşib.

Bildirilir ki, hələlik dağıntı və ya tələfat barədə məlumat yoxdur. Müvafiq orqanlar potensial riskləri izləməyə davam edir.

Seçilən
10
2
modern.az

3Mənbələr