AZ

“Piyadalar, diqqətli olun!” adlı təhlükəsizlik həftəliyi keçirilir - VİDEO

Ajans.az xəbər verir ki, bunla bağlı DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
    Məlumata görə, bu məqsədlə oktyabr ayının 27-dən noyabrın 3-dək ölkədə “Piyadalar, diqqətli olun!” şərti adı altında hərəkətin təhlükəsizliyi həftəliyi keçiriləcək. Qeyd olunub ki, tədbir çərçivəsində piyadalar tərəfindən yol hərəkəti qaydalarının pozulması hallarına qarşı nəzarət-profilaktik tədbirlərlə yanaşı, əhali arasında maarifləndirmə və təbliğat-təşviqat işlərinin daha da gücləndirilməsi nəzərdə tutulur: "Baş Dövlət Yol Polisi İdarəsi bir daha piydalardan yollarda ehtiyatlı olmağı xahiş edir, eyni zamanda ictimai təsisatları, xüsusilə media subyektlərini sözügedən tədbirə töhfə verməyə çağırır".

    Seçilən
    4
    8
    Ajans.az

    4Mənbələr