AZ

İctimai nəqliyyatda sərnişin sıxlığının səbəbi budur - AÇIQLAMA

Paytaxt avtobuslarında sərnişin sıxlığı son dövrlərdə artıb və bu, gündəlik səyahətləri çətinləşdirir. Sərnişinlər hesab edirlər ki, avtobusların hərəkət intervalının qısaldılması bu problemi azaltmağa kömək edə bilər.

Lakin ekspertlər bildirir ki, sıxlığın aradan qaldırılması üçün yalnız intervalın tənzimlənməsi kifayət etmir və digər amillərin də nəzərə alınması vacibdir.

Day.Az xəbər verir ki, mövzu ilə bağlı Sfera.az-a açıqlama verən nəqliyyat eksperti Aslan Əsədov bildirib ki, avtobuslarda sıxlığın yaranmasının bir neçə səbəbi var. Onun sözlərinə görə, bunun başlıca səbəblərindən biri də, avtobusların intervaldan da əlavə daha çox yüklənməsidir:

"Yəni, sərnişin axınlarının ümumi istiqamət üzrə bərabər paylanmamasıdır. Şəhər nəqliyyatının əsas gücü, ağırlığı avtobusla sərnişindaşıma və metro ilə sərnişindaşımanın üzərinə düşür. Eynilə də, taksi ilə sərnişindaşıma üzrə də, müəyyən addımlar atılır. Amma məsələnin mahiyyəti ondan ibarətdir ki, bu gün bütün sərnişindaşımaların komplektləşdirilərək bir sxem üzrə ardıcıllığı təmin olunarsa, bu məsələlər həllini tapacaqdır".

Ekspert az zaman kəsiyində yüksək keyfiyyətə nail olmağın mümkünlüyünü qeyd edib:

"Avtobus sayının artırılması, taksilərdə düşüb-minmə məntəqələrinin artırılması kimi amillər, sərnişindaşımanın ağırlığını üzərində aparan meyarlardır. Bu və ya digər formada sərnişindaşımanın daha çox perspektivli olması və sərnişinlərin bu xətlər üzrə bərabər paylanması əsas şərtlərdən biridir. Əks halda, biz yenə də sərnişin tıxaclarını müşayiət edəcəyik".

Seçilən
39
day.az

1Mənbələr