AZ

Məhkəmənin İmamoğlu ilə bağlı qərarı açıqlandı

Hurriyyet.az xəbər verir ki, Türkiyə mediasının məlumatına görə, Türkiyə məhkəməsi müxalifətin lideri, İstanbulun keçmiş meri EkrEm İmamoğlunun casusluq ittihamı üzrə həbs edilməsinə qərar verib.

İş materiallarına görə, siyasətçi 2019-cu il seçkiləri zamanı xarici kəşfiyyat agentliklərinin 4,7 milyon seçicinin məlumatlarına çıxış əldə etməsi məsələsi ilə əlaqədar  casusluqda şübhəli bilinir.  Türkiyə məhkəməsi İmamoğlu ilə birlikdə, media ilə əlaqəli daha iki şəxsi də həbs edib.

"Sözçü" nəşri yazır: "11 saatlıq dindirmədən sonra Çağlayan Məhkəməsi İmamoğlunun, "Tele 1"-in qurucusu Merdan Yanardağın və jurnalist Necati Özkanın casusluq ittihamları üzrə həbsinə qərar verib".

Qeyd edək ki, ötən həftəİmamoğlu tender pozuntuları ilə bağlı ittihamlarda bəraət almışdı. Bu ittihamla əlaqədar İmamoğlu yeddi il həbs cəzası ala bilərdi.

İmamoğlunun məhkəməsi bu ilin yazında başlanıb. O, diplom saxtakarlığından tutmuş korrupsiyaya qədər bir sıra ittihamlarla qarşılaşıb. Türkiyə müxalifəti işdə siyasi motiv olduğunu iddia edir.

Hürr Tərcüman

Seçilən
49
hurriyyet.az

1Mənbələr