AZ

"Zamanın ilmələri”— Xalq rəssamı Arif Hüseynovun sərgisi olacaq

Noyabrın 5-də Gürcüstanın Bolnisi Muzeyində Azərbaycanın Xalq rəssamı, görkəmli qrafika ustası, professor Arif Hüseynovun “Zamanın ilmələri” layihəsi çərçivəsində yaratdığı əsərlərdən ibarət sərgi açılacaq. Xalçatoxuma ənənələrinin güclü olduğu, azərbaycanlıların kompakt şəkildə yaşadığı Bolnisi bölgəsində təşkil edilən sərgidə sənətkarın 2024–2025-ci illərdə ərsəyə gətirdiyi 12 rəsm əsəri nümayiş olunacaq. Arif Hüseynovun milli adət-ənənələrə sevgisini, bağlılığını tərənnüm edən, maraqlı süjet xəttinə malik silsilə əsərlər kətan üzərində qarışıq texnikada çəkilib.

Seçilən
14
3
demokrat.az

9Mənbələr