AZ

Livanda İsrail PUA sı vurulub

ain.az bildirir, Cebheinfo portalına istinadən.

Birləşmiş Millətlər Təşkilatının Livandakı Müvəqqəti Sülhməramlı Qüvvələri (UNIFIL) Livan sərhəd bölgəsində İsrail ordusuna məxsus bir pilotsuz uçuş aparatını (PUA) vurduğu bildirilib.

"Cebheinfo.az" xəbər verir ki, İsrail ordusunun verdiyi yazılı açıqlamada, dünən Livanın cənubundakı Nəbatiyyə vilayətinə bağlı Kəfr Kila qəsəbəsi üzərində müşahidə uçuşu həyata keçirən bir PUA-nın vurulduğu qeyd olunub.

İlkin araşdırmalara əsasən, sözügedən PUA-nın UNIFIL qüvvələri tərəfindən açılan atəş nəticəsində vurulduğu müəyyən edilib.

Bunun ardınca İsrail ordusuna məxsus başqa bir PUA-nın vurulan aparatın olduğu bölgəyə əl qumbarası atdığı bildirilib.

Açıqlamada UNIFIL qüvvələrinə atəş açılmadığı iddia olunaraq, hadisə ilə bağlı araşdırmanın davam etdiyi qeyd olunub.İsrail ordusuna məxsus PUA-nın Kəfr Kila yaxınlığında UNIFIL patruluna yaxınlaşaraq bomba atdığı və qısa müddət sonra bir tankın da sülhməramlı qüvvələrə atəş açdığı bildirilmişdi.

Nigar Hacılı 

"Cebheinfo.az"

 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
57
1
cebheinfo.az

2Mənbələr