AZ

İqor Tudorun “Yuventus”dakı gələcəyi sual altındadır

Qol.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“Yuventus”un baş məşqçisi İqor Tudor yaxın zamanda vəzifəsindən ayrıla bilər. 

QOL.az xarici KİV-ə istinadən xəbər verir ki, Turin klubu A Seriyasının son oyununda “Latsio”ya 0:1 hesabı ilə məğlub olub. 

Bu, “Yuventus”un ardıcıl üçüncü məğlubiyyəti, ümumilikdə isə səkkiz oyundur ki, qələbəsiz qalması deməkdir.

Bildirilir ki, klub rəhbərliyi hazırda Tudoru vəzifədən kənarlaşdırmağı düşünmür. Eyni zamanda, mümkün əvəzləyici namizədlər araşdırılır, lakin yaxın günlərdə istefa gözlənilmir.

Qeyd edək ki, hazırda “Yuventus” A Seriyasının turnir cədvəlində 8-ci sırada qərarlaşıb. Komanda növbəti oyununu oktyabrın 29-da doğma meydanda “Udineze” ilə keçirəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
5
1
qol.az

2Mənbələr