AZ

Hafiz Səfixanov: Ermənistanın Qarayusifliyə hücumu kasetli sursatların istifadəsini bir daha sübut edir

Ermənistan ordusu tərəfindən Bərdə rayonunun Qarayusifli kəndinin atəşə tutulmasından 5 il keçir.

QHT.az xəbər verir ki, Minalar Əleyhinə Azərbaycan Kampaniyası ictimai birliyi bu il QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Azərbaycan Respublikası ərazisində kasetli sursatlar probleminin tədqiqi” layihəsi çərçivəsində müəyyən etmişdir ki, 27 oktyabr 2020-ci il tarixdə saat 16.30 radələrində Ermənistan ordusu tərəfindən “Smerch” reaktiv yaylım atəşi sistemləri vasitəsilə 300 mm-lik kasetli raketlərdən Bərdə rayonunun Qarayusifli kəndi atəşə tutulmuşdur. Bu barədə məlumat verən “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanov qeyd edib ki, bu hücum nəticəsində biri azyaşlı qız, üçü qadın olmaqla beş mülki şəxs həlak olmuş, 14 mülki şəxs (dörd uşaq, yeddi qadın, dörd kişi) şəxs yaralanmışdır. 20 nəfərin yaşadığı 5 evə, bir traktora ciddi zərər dəyib:

"Monitorinqlərimiz Qarayusifli kəndinə hücumda kasetli sursatlardan xarakterik qəlpə zədələnmələrini qeydə almışdır, kəndə daxilində 72 ədəd 9N235 tipli kasetli sursat olan 9M55 tipli raketlə hüçüm edilmişdir. Biz zərərçəkənləri və həlak olanların hüquqi varislərinin hamısını müəyyən edərək onlarla görüşdük".

 

Pərvanə Fərhadqızı

Seçilən
44
qht.az

1Mənbələr