AZ

Ermənistanla həll edilməmiş iki məsələ var: Bakı ilk jestini etdi

"Azərbaycandan Ermənistana göndərilən yüklərin keçidinə rəsmi Bakının vermiş olduğu razılıq müsbət addım kimi qiymətləndirildi. Artıq Bakı ilə İrəvan arasındakı sülh prosesi praktik müstəviyə keçib. Sülhün bərqərar edilməsi və etimad mühitinin yaradılması üçün hər iki tərəfin mövqeyi özünü göstərməkdədir".

Publika.az xəbər verir ki, bu sözləri Teleqraf-a politoloq Ramiyə Məmmədova Azərbaycanla Ermənistan arasında sülh və etimad quruculuğu müstəvisində atılan addımları şərh edərkən deyib.

Onun sözlərinə görə, Azərbaycan tərəfindən atılan addımlar regionda daimi sülhün təmin edilməsinə mühüm töhfədir: “Ermənistan üçün Azərbaycan üzərindən daşımalara verilən razılıq olduqca önəmlidir. İrəvan üçün bu mühüm nəfəslik kimi də dəyərləndirilir. İndiki halda Ermənistanda Baş nazir Nikol Paşinyana qarşı daxildə çox ciddi təzyiqlər mövcuddur. Bunun fonunda rəsmi Bakının İrəvan üçün etmiş olduğu jest olduqca təsirlidir”.

Ramiyə Məmmədova hesab edir ki, Azərbaycan prezidentinin Qazaxıstan taxılını məhz ölkəmiz üzərindən Ermənistana aparılmasına vermiş olduğu razılıq Mərkəzi Asiya ölkələri ilə Cənubi Qafqaz arasında əlaqələrin inkişafında da başlıca zəmindir: “Bu logistikanın yaranması Azərbaycan, Çin, Türkiyə, Rusiya, Hindistan, Qazaxıstan və digər Asiya ölkələri üçün da əlverişlidir. Sözsüz ki, bu amillər Zəngəzur dəhlizinin (Tramp marşrutu) da qısa zamanda fəaliyyətinə başlıca zəmin yaradacaq. Ona görə də Ermənistan tərəfi bu istiqamətdə öz üzərinə düşən vəzifələri icra etməlidir”.

Seçilən
17
3
publika.az

4Mənbələr