Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa deyib.
O bildirib ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsinin yolları elə də geniş yollar deyil, burada süni parking yerlərinin yaradılması tıxacın yaranmasını artırır:
“Bunu hansı səbəblə edirlər, məntiqi izahını tapmaq çətindir. Ciddi araşdırma aparılmalıdır. Çox təəssüf ki, bu məsələlərlə bağlı məsləhətləşmə aparılmır. Əsas vəzifəmiz vətəndaşlara xidmət etməkdir, sıxıntısını aradan qaldırmaqdır.
Bakıxanov sakinləri mənə də xeyli müraciət edirlər. Mən də müəyyən qurumlarla danışıq aparıram ki, Bakıxanovda onsuzda tıxac problemi var, indi bunu daha da artırmaq kimin marağındadır?”.
Xatırladaq ki, Sabunçu rayonunun Bakıxanov qəsəbəsində AYNA tərəfindən iki zolaqlı yolun bir zolağının ödənişli parkinq üçün ayrılması sakinlər tərəfindən narazılıqla qarşılanıb. Bununla bağlı “Konkret.az” saytı məlumat yayıb.
Cavidan Mirzəzadə
Demokrat.az
4Mənbələr
-
konkret.azAYNA bu ərazidə süni şəkildə tıxac yaradır — Deputat TƏNQİD ETDİ ( 22815967)
-
moderator.azAYNA bu ərazidə süni şəkildə tıxac yaradır — Deputat TƏNQİD ETDİ ( 22815757)
-
demokrat.azAYNA bu ərazidə süni şəkildə tıxac yaradır — Deputat TƏNQİD ETDİ ( 22815598)
-
demokrat.azAYNA bu ərazidə süni şəkildə tıxac yaradır Deputat TƏNQİD ETDİ ( 22815586)