AZ

Azərbaycanda kredit sığortası üzrə yğımlar artıb, ödənişlər azalıb

Bakı. Trend:

Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda kreditsığortası üzrə sığorta şirkətlərinin yığımları 4,019 milyon manattəşkil edib.

Trend bubarədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.

Məlumata görə, bu göstərici 2024-cü ilin eyni ayları iləmüqayisədə 0,24 milyon manat və ya 6,3% çoxdur.

Eyni zamanda, hesabat dövründə kredit sığortası üzrə ödənişlərinhəcmi 50 min manat təşkil edib. Bu isə 2024-cü ilin yanvar-sentyabraylarındakı göstərici ilə müqayisədə 8 min manat və ya 13,8%azdır.

Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycandakı16 sığorta şirkətinin xətti ilə 1,157 milyard manat sığorta haqqıtoplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 133,5 milyon manatvə ya 13% çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləriödənişlərin məbləği isə 683,896 milyon manat təşkil edib.

Bu isə illik müqayisədə 130,1 milyon manat və ya 23,5%çoxdur.

Seçilən
33
1
az.trend.az

2Mənbələr