AZ

Həbs olunan Azər Maqsudov vəzifəsindən azad ediləcək?

ain.az, Bakivaxti portalına istinadən məlumat verir.

Azər Maqsudovun məhkəmə hökmü rəsmi qaydada təqdim edildikdən sonra, qanunvericiliyin tələblərinə uyğun olaraq, zəruri tədbirlər görüləcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzdən məlumat verilib.

Bildirilib ki, mediada yer alan məlumatlarda qeyd olunur ki, məhkəmənin hökmünə əsasən, Azər Maqsudovun 4 il müddətinə azadlıqdan məhrum edilməsi və cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən olunub.

"Qeyd edirik ki, bu barədə Kliniki Tibbi Mərkəzə hələlik məhkəmə orqanlarından rəsmi sənəd daxil olmayıb"- deyə əlavə edilib.

Xatırladaq ki, Azər Maqsudov hazırda Klinik Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiridir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
8
1
bakivaxti.az

3Mənbələr