AZ

Azərbaycanlı dizaynerin əl işləri məşhur “Vogue” jurnalında FOTOLAR

GlobalInfo saytına istinadən ain.az xəbər verir.

Kanadanın Toronto şəhərində yaşayan Aynur Cahangirlinin müəllifi olduğu zinət və zərgərlik əl işləri Britaniyanın nüfuzlu “Vogue” jurnalının ardıcıl üç buraxılışında, eləcə də Kanadanın “Vanity Fair” nəşrində təqdim olunub.

Globalinfo.az xəbər verir ki, dünyanın aparıcı moda jurnallarında yer alan bu nümunələr həm də Azərbaycan mədəniyyətinin təcəssümü kimi qiymətləndirilir.

Aynur Cahangirli bildirib ki, zərgərlik sənəti onun üçün sadəcə bəzək deyil, xatirələrin, duyğuların və köklərin ifadəsidir. O, öz yaradıcılığının ilk illərində anasının xalça toxuculuğundan öyrəndiyi Qazax xalça motivləri və naxışlarını müasir dizayn anlayışı ilə birləşdirib və maraqlı əl işləri yaradıb.

340 dollar

200 dollar

150 dollar

Onun 2021-ci ildə Şuşada yerləşən Yuxarı Gövhər Ağa məscidinin minarəsində olan naxışlar əsasında hazırlanmış “Miras” kolleksiyası böyük maraq doğurub.

 340 dollar

132 dollar

175 dollar

“Anamın xalçaları mənə rənglərin və simvolların mənasını öyrədirdi”, – deyən dizayner bu gün həmin simvolların onun yaradıcılığında buta, həndəsi ornament və simvolik naxışlar şəklində yeni həyat tapdığını bildirir.

Aynur Cahangirli üçün zərgərlik həm də qadın gücünün və incəliyinin təcəssümüdür. O hesab edir ki, zərgərlik bir qadının daxili dünyasını, onun hekayəsini və emosiyalarını ifadə etməyin ən saf yollarından biridir. Bu baxımdan onun kolleksiyalarında sadəliklə zəriflik, qədimliklə müasirlik bir araya gəlir. Minimalist formalarla işlənmiş, lakin dərin simvolizm daşıyan bu dizaynlar Azərbaycan qadınının təbiiliyini və duyğusunu əks etdirir.

Aynur Cahangirlinin brendi əvvəllər “Noorelle” adı ilə tanınsa da, artıq öz sahibinin adını daşıyır – “Aynur Jahan.” Bu dəyişiklik onun yaradıcılığının daha şəxsi, daha dərin və milli kimliyə sadiq mərhələsini simvolizə edir. “Aynur Jahan” adı həm onun sənətkar kimliyini, həm də mənəvi bütövlüyünü ifadə edir.

Aynur Cahanın “Vogue”  və “Vanity Fair” kimi jurnallarda təqdim olunması təkcə şəxsi uğur deyil. Bu, Azərbaycan sənətinin dünyaya açılan yeni pəncərəsidir — xalça ilməsindən başlayıb zərgərlik parıltısında davam edən bir mədəniyyət hekayəsi. Toronto atelyesində doğulan hər bir əsər, sanki Azərbaycanın torpağından gələn o tanış naxışların, rənglərin və hisslərin işığında formalaşır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
43
globalinfo.az

1Mənbələr