Bakı, 27 oktyabr, AZƏRTAC
Türkiyədə peşəkar futbol liqalarının oyunlarına təyinat alan 571 hakimdən 371 nəfərin mərc oyunları saytlarında aktiv hesabları var.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının prezidenti İbrahim Hacıosmanoğlu mətbuat konfransında deyib.
Onun sözlərinə görə, 371 ədalət təmsilçisindən 152-si mərc saytlarında idman oyunlarına pul qoyuluşu edir.
Federasiya prezidenti həmin hakimlərin adlarının qısa zamanda Peşəkar Futbol İntizam Komitəsinə göndəriləcəyini və onların müvafiq formada cəzalandırılacağını bildirib.