AZ

Azər Maqsudov vəzifəsindən azad ediləcək?

Azər Maqsudovun məhkəmə hökmü rəsmi qaydada təqdim edildikdən sonra, qanunvericiliyin tələblərinə uyğun olaraq, zəruri tədbirlər görüləcəkdir.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Kliniki Tibbi Mərkəzdən məlumat verilib.

Bildirilib ki, mediada yer alan məlumatlarda qeyd olunur ki, məhkəmənin hökmünə əsasən, Azər Maqsudovun 4 il müddətinə azadlıqdan məhrum edilməsi və cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən olunub.

"Qeyd edirik ki, bu barədə Kliniki Tibbi Mərkəzə hələlik məhkəmə orqanlarından rəsmi sənəd daxil olmayıb"- deyə əlavə edilib.

Xatırladaq ki, Azər Maqsudov hazırda Klinik Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiridir.

Milli.Az

Seçilən
47
milli.az

1Mənbələr