AZ

Ramiz Mehdiyevin qızının əri deputatı rüsvay elədi: O, bizim qapımızın ağzında günlərlə əsgər kimi dayanan, ayaqqabımızı...

Mia.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Ötən həftə Ramiz Mehdiyevin komandası ilə sıx əlaqələri olan şəxslərlə bağlı araşdırma təqdim edilib.

Mia.az xəbər verir ki, həmin yazıda keçmiş deputat, iş adamı Əsabil Qasımovun da R.Mehdiyevin "krişalığı"nda olduğu iddia olunub.

Məsələ ilə bağlı oxu24.com saytına açıqlama verən Əsabil Qasımov Mehdiyevləri düşmən adlandırıb və onlarla əlaqələrinin olmasını təkzib edib. 

Mia.az xəbər  verir ki, məsələ ilə bağlı Ramiz Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əliyev CityPost.az saytına açıqlama verib. 

"O, bizim qapımızın ağzında günlərlə əsgər kimi dayanan, ayaqqabımızı cütləyən adam olub. Mən Prokurorluq orqanlarında və digər dövlət strukturlarında çalışmışam, deputat olmuşam. Bu tip adamların nəyə qadir olduğunu yaxşı bilirik. Əsabil şahmat  oyunundakı piyada əsgər kimi bir şeydir. Onunla düşmənçilik etməyi özümə rəva bilmərəm. Bu gün onun haqqında daha çox bəhs etmək, onu şərəfləndirmək kimi şey olar. Elə etməsin ki, açım sandığı, töküm pambığı... Bir qədər də dərinə getsə, vaxtı ilə yaltaqcasına bizim məclisdə oturub, şənimizə işlətdiyi pafos dolu ifadələr olan videoları sosial şəbəkələrdə yayıb, onun kim və nə qədər rəzil biri olduğunu cəmiyyətə çatdıraram”, - o bildirib.

Mia.azonu da xatırladır ki, İmişlidən olan bir çox məmurlar və iş adamları məhz Ramiz Mehdiyevin klgəsi altında "böyüdükləri" haqqında çox saylı təksib olunmaan yazılar var. Onlardan birinin da rayonun Mərkəzi bazarının sahibi Əziz olduğu deyilir.

MİA.AZ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
38
6
mia.az

7Mənbələr