AZ

Rəsmi Moskva: "Burevestnik"in sınaqları Vaşinqtonla münasibətlərə xələl gətirməməlidir

"Burevestnik" raket sınaqları Moskva ilə Vaşinqton arasındakı münasibətlərə heç bir şəkildə xələl gətirməməlidir.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Kreml rəsmisinin sözlərinə görə, onsuz da bu münasibətlər minimal səviyyədədir: "Burada Moskva ilə Vaşinqton arasındakı münasibətləri gərginləşdirə biləcək və ya gərginləşdirəcək heç nə yoxdur, xüsusən də bu münasibətlər minimal səviyyədə olduğundan...".

Peskov raket sınaqlarının Rusiyaya qarşı artan iqtisadi təzyiqə cavab olaraq ABŞ və Avropaya bir siqnal kimi qəbul edilə biləcəyi ilə bağlı suala da cavab verib.

Bildirib ki, Rusiya, xüsusən də Avropada artan militarizm və "daxili isteriya" fonunda öz təhlükəsizliyini gücləndirmək üçün ardıcıl olaraq çalışır.

"Burevestnik” daxil olmaqla, yeni silah sistemlərinin hazırlanması da bu məqsədlə atılmış addımdır. Ölkəmiz üçün təhlükəsizliyin təmin edilməsi, xüsusən də əsasən avropalılar arasında gördüyümüz militarist münasibət fonunda həyati əhəmiyyətli bir məsələdir. Avropalılar daxili isteriya vəziyyətindədirlər – rusofob və aqressiv. Bu fonda Rusiya öz təhlükəsizliyini təmin etmək üçün hər şeyi etməlidir", - Kremlin rəsmi nümayəndəsi yekunlaşdırıb.

Seçilən
36
2
apa.az

3Mənbələr