Bakı. Trend:
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmiməlumatlarına əsasən, Bolqarıstan Respublikasının Köstəndilvilayətinə xırdabuynuzlu heyvanların çiçək xəstəliyi, SerbiyaRespublikasının Şumadiya dairəsində blutanq xəstəliyi, FransaRespublikasının Oksitaniya regionunda nodulyar dermatit xəstəliyi,Polşa Respublikasının Velikopolsk inzibati ərazisində Nyukaslxəstəliyi, Kamboca Krallığının Otdar Mean Çey əyalətində, AmerikaBirləşmiş Ştatlarının Ayova, Viskonsin ştatlarında, SlovakiyaRespublikasının Jilina diyarında isə yüksək patogen quş qripixəstəliyi qeydə alınıb.
Bu barədə Trend-ə Azərbayca Qida Təhlükəsizliyi Agentliyindənməlumat verilib.
Respublika ərazisinin bu yoluxucu xəstəliklərdən qorunması üçünqeyd olunan ərazilərdən zonalaşma prinsipi nəzərə alınmaqla,müvafiq malların idxalına ÜHST-nin “Quruda yaşayan heyvanlarınsağlamlıq Məcəlləsi”nə uyğun olaraq Qida Təhlükəsizliyi Agentliyitərəfindən müvəqqəti məhdudiyyət tətbiq olunub.
Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət GömrükKomitəsinə müraciət olunub