AZ

Vətən müharibəsi iştirakçısı: Torpaqlarımızın işğaldan azad olunması bizim üçün şərəf məsələsi idi

Gəncə, 27 oktyabr, Elcan Məmmədov. AZƏRTAC

Aprel döyüşləri bizə müəyyən qədər stimul vermişdi və biz Zəfərin yaxınlaşdığını hiss edirdik. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin bir gün qərar verəcəyini və bizim torpaqlarımızın azadlığı və ərazi bütövlüyümüz uğrunda irəli gedəcəyimizi gözləyirdik.

Bu fikirləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Vətən müharibəsi iştirakçısı Qurban Qurbanov deyib. 2020-ci ildə Ali Baş Komandanın çağırışı ilə mən də ordu sıralarına qoşuldum. Zabit kimi taqım komandiri və bölük komandiri olaraq fəaliyyət göstərdim. Əsgərlərimizin mərdliyi, şücaəti qarşısında heyran qalmışdım. 40 yaşım olmasına baxmayaraq, döyüşlər zamanı mən müəyyən narahatlıqlar keçirirdim. Ancaq gənc əsgərlərin qorxmazlığı, igidliyi qarşısında bütün qayğılarım yox oldu. Torpaqlarımızın işğaldan azad olunması bizim üçün şərəf məsələsi idi. Cəsarətli rəhbərə güvənərək Ordumuz inamla irəlilədi və biz Qələbə qazandıq,”- deyə Qurban Qurbanov deyib.

Qurbanov Qurban Yaşar oğlu 1979-cu ildə Gəncədə anadan olub. Orta təhsilini Gəncədə alan Qurban Azərbaycan Kənd Təsərrüfatı İnstitununu (indiki Azərbaycan Dövlət Aqrar Universiteti) “Mühəndislik” ixtisası üzrə bakalavriat və magistratura səviyyələri üzrə uğurla bitirib. 2004-cu ildə həqiqi hərbi xidmətə yollanıb. Azərbaycan Ordusunun “N” sayılı hərbi hissəsində zabit kimi xidmət edib. Hərbi xidmətdən qayıtdıqdan sonra Azərbaycan Dövlət Aqrar Universitetində müəllimi kimi fəaliyyətə başlayıb.

Vətən müharibəsi zamanı Qurban müəllim Fizuli istiqamətində gedən döyüşlərdə iştirak edib.

Seçilən
33
1
azertag.az

2Mənbələr