AZ

ADAU Milli İnternet Mükafatında iştirak edir

ain.az, Unikal.az portalına istinadən məlumat yayır.

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ölkəmizin ən nüfuzlu rəqəmsal layihələrindən biri olan “NETTY 2025” Milli İnternet Mükafatında “Elm və Təhsil” nominasiyası üzrə iştirak edir."Unikal" xəbər verir ki, “NETTY” — Azərbaycanda informasiya texnologiyaları və rəqəmsal innovasiyaların inkişafını təşviq edən, peşəkar münsif heyətinin qiymətləndirməsi ilə seçilən ən ali internet mükafatıdır. Bu müsabiqədə iştirak ADAU-nun elm, təhsil və texnologiyanın sintezi istiqamətində atdığı mühüm addım kimi dəyərləndirilir.ADAU-nun bu nominasiya üzrə təmsil olunması universitetin rəqəmsal təhsil mühitinin təkmilləşdirilməsi, açıq elm siyasətinin təşviqi və Azərbaycan ali təhsilinin beynəlxalq səviyyədə tanıdılması istiqamətindəki uğurlarının göstəricisidir.“NETTY 2025” platformasında iştirak universitetin rəqəmsal transformasiyaya verdiyi önəmi, innovativ idarəetmə modelini, həmçinin gənclərin elmi potensialının və yaradıcı düşüncə tərzinin inkişafına verdiyi dəstəyi nümayiş etdirir.ADAU bu müsabiqədə iştirakla, təhsil sahəsində müasir texnologiyaların tətbiqinə dair milli səviyyədə aparılan proseslərin fəal iştirakçısı olduğunu bir daha təsdiqləyir. Universitetin məqsədi yalnız elm və təhsildə deyil, həm də rəqəmsal mühitdə keyfiyyət və etimad simvolu kimi tanınmaqdır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
6
1
unikal.az

2Mənbələr