AZ

Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsinin həcmi artıb

2025-ci ilin doqquz ayında Azərbaycanla Rusiya arasında ticarət əməliyyatlarının həcmi 3,659 milyard ABŞ dolları təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 161 milyon ABŞ dollar çoxdur. Bu barədə Azərbaycanın Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Hesabat dövründə Rusiya ilə ticarət əməliyyatları Azərbaycanın ümumi xarici ticarət dövriyyəsinin 10,34 faizini təşkil edib. 

Cari ilin doqquz ayında Azərbaycan xarici ölkələrlə ümumilikdə 35,375 milyard ABŞ dolları məbləğində ticarət əməliyyatları həyata keçirib.

Aytac  Zeynalova

Seçilən
19
1
anews.az

4Mənbələr