AZ

“Yuventus” Tudora əvəzləyici axtarır

ain.az, Apasport portalına istinadən məlumat yayır.

“Yuventus”un baş məşqçisi İqor Tudor yaxın zamanda postunu itirə bilər.

Turin təmsilçisi dünən A Seriyası oyununda “Latsio”ya 0:1 hesabı ilə məğlub olub. Bu, komandanın ardıcıl üçüncü məğlubiyyətidir. Turinlilər ümumilikdə isə səkkiz oyundur ki, qələbə qazana bilmir.

Apasport.az xarici KİV-ə istinadla xəbər verir ki, klub rəhbərliyi hələlik Tudoru vəzifədən uzaqlaşdırmağı planlaşdırmır. Bildirilir ki, rəhbərlik mümkün əvəzləyici namizədləri araşdırır, ancaq yaxın günlərdə istefa qərarı gözlənilmir.

“Yuventus” hazırda A Seriyasının turnir cədvəlində 8-ci pillədə qərarlaşıb. Komanda növbəti oyununu oktyabrın 29-da, doğma meydanda “Udineze”yə qarşı keçirəcək.

“El Klassiko”da sevinən tərəf “Real” oldu - YENİLƏNİB

"Bavariya"dan yeni rekord

“Napoli”də ciddi itki

Zamiq Əliyevin komandası 1 xalla kifayətləndi

Laporta “Real”ı hakimlərə təsir göstərməkdə ittiham edir

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
10
2
apasport.az

5Mənbələr