ain.az, Reyting.az saytına istinadən bildirir.
Dünya şöhrətli rəssam Pablo Pikassonun 80 ildən çox gizlində qalan, itdiyi güman edilən "Gül naxışlı şlyapalı qadın büstü" tablosu üzə çıxıb. Bu rəsm əsəri Fransada keçirilmiş "Drouot" hərracında 32 milyon avroya alınıb. Bu qiymətli əsər 1944-cü ildən bəri şəxsi kolleksiyada saxlanılıb.Reyting.az xəbər verir ki, fransız rəssam İv Klyenin "Kaliforniya" adlı monoxrom rəsm əsəri "Christies" hərraca çıxarılıb və 18,4 milyon avroya satılıb. 1961-ci ildə Parisdə yaradılmış və ilk dəfə satışa çıxarılan bu tablo iki metr hündürlüyündə, eni isə dörd metrdən artıqdır və mavi düzbucaqlıdır. Əsər rəssamın əsas və ən yaxşı işlərindən biri sayılır.Pikassonun və Klyenin müəllifləri olduğu rəsm əsərlərinin alıcılarının adları öncədən razılaşdırıldığı kimi anonim saxlanılıb. 


Oqtay QORÇU
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.