Gürcüstan Avronest Parlament Assambleyasının oktyabrın 28-30-da İrəvanda keçiriləcək 12-ci plenar sessiyasında iştirakdan imtina edib.
Publika.az xəbər verir ki, bu barədə "Sputnik Gürcüstan" məlumat yayıb.
Parlamentin Avropaya inteqrasiya komitəsinin sədri Levan Maxaşvili imtina ilə bağlı səbəbləri Avronest rəhbərliyinə açıq məktub yazaraq izah edib.
İmtina məktubunda səbəblər belə izah olunub:
1. Bəzi deputatların düşmənçilik ritorikası və onların Tbilisidə keçirilən etiraz aksiyalarında iştirakı qarşılıqlı hörmət prinsiplərinə ziddir və parlament diplomatiyası çərçivəsindən kənara çıxır;