AZ

Patrik Andrade üçün əlamətdar oyun

Misli premyer-liqasının 9-cu turu Patrik Andrade üçün yubileylə əlamətdar olub.

"Football-plus.az" xəbər verir ki, “Araz-Naxçıvan”ın yarımmüdafiəçisi premyer-liqada 100-cü oyununu keçirib. Kabo-verdeli yarımmüdafiəçinin yubileyi “Sabah”la ev matçında (2:2) gerçəkləşib. O, start heyətində çıxdığı görüşdə 83 dəqiqə meydanda olub.

Andrade 2020/21 mövsümündə debüt etdiyi premyer-liqada iki klubun formasını geyib. O, “Qarabağ”da 92 görüşdə səkkiz qola sevinib, “Araz-Naxçıvan”da isə səkkiz matçda iştirak edib.

Seçilən
32
10
football-plus.az

10Mənbələr