AZ

Putin ABŞ ilə plutoniumun utilizasiyası haqqında sazişin denonsasiyasınıtəsdiqləyib

Rusiya prezidenti Vladimir Putin ABŞ ilə plutoniumun utilizasiyasına dair sazişin denonsasiyası (ləğvi) haqqında qanunu imzalayıb. Müvafiq sənəd rəsmi hüquqi aktlar portalında dərc olunub.

Redaktor.az bu barədə xarici mediaya istinadla xəbər verir.

Qanuna əsasən, Rusiya ABŞ ilə imzalanmış plutoniumun utilizasiyası barədə saziş üzrə öhdəliklərini dayandırır. Saziş nüvə materiallarının qarşılıqlı şəkildə zərərsizləşdirilməsini və onların hərbi məqsədlərlə istifadəsinə yol verilməməsini nəzərdə tuturdu.

Nuriyyə NATİQQIZI

Seçilən
88
1
redaktor.az

2Mənbələr