AZ

“Türkiyəli tərəfdaşlarımızla çox intensiv dialoqumuz var” - Ermənistan XİN rəhbəri

“2026-cı il üçün planlarımız və görülən işlər təkcə Azərbaycanla münasibətlərin normallaşdırılması və ya yaradılmış sülhün institutlaşması ilə məhdudlaşmır”.

Missiya.Az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentdə çıxışı zamaı deyib.

O qeyd edib ki, bizim həmçinin türkiyəli tərəfdaşlarımızla da çox intensiv dialoqumuz var:

“Mən bunu çox müsbət qiymətləndirirəm və özüm də bu dialoqla bağlı nikbinliyi ifadə etməliyəm. Ümid edirəm ki, yaxın gələcəkdə biz bu istiqamətdə çox ciddi nailiyyətlər əldə edəcəyik”, - deyə Mirzoyan bildirib.

Daşqın HəsənovMissiya.Az

Seçilən
22
missiya.az

1Mənbələr