AZ

“Putin çətin ki, sülh planını qəbul etsin”

Missiya.az saytına istinadən ain.az xəbər verir.

“Rusiya Prezidenti Vladimir Putin çətin ki, “Qətiyyətlilər Koalisiyası” tərəfindən təklif olunan sülh planını qəbul etsin”.

Missiya.Az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Axios”a müsahibəsində deyib.

"Biz birlikdə ilin sonuna qədər konkret plan hazırlamışıq. İlk növbədə, biz Rusiya neft və qazını qlobal bazarlardan çıxarmaq üçün hər şeyi edəcəyik. Biz hamını bu sanksiyaları həyata keçirməyə və asılılığı azaltmağa çağırırıq", - deyə siyasətçi vurğulayıb.

Zelenski bildirib ki, Putini məğlub etmək və Ukraynada müharibəyə son qoymaq üçün ABŞ və “qərarlılar koalisiyası” birlikdə hərəkət etməlidir.

Ukrayna lideri Putinin istənilən sülh planını qəbul etməyə hazır olduğuna şübhə ilə yanaşdığını qeyd edib.

Daşqın HəsənovMissiya.Az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
4
1
missiya.az

2Mənbələr