Qazaxıstanda təlim-məşq toplanışında olan qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün ikinci yoldaşlıq görüşünü keçirib.
A milli Qazaxıstan yığması ilə qarşılaşıb. Çimkənd şəhər stadionunda təşkil olunan oyun Siyasət Əsgərovun yetirmələrinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qalibiyyət qolunu 82-ci dəqiqədə Nigar Mirzəliyeva vurub.
 Qeyd edək ki, bu komandalar arasında oktyabrın 24-də keçirilən ilk oyunda millimiz 2:1 hesablı qələbə qazanıb.
 
 
                        