Moderator.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Milli Məclisin ATƏT PA-da nümayəndə heyətinin üzvü, qurumun İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit komitəsinin sədri Azay Quliyev oktyabrın 27-də Avstriyanın Vyana şəhərinə səfər edəcək.
Bu barədə Moderator.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Millət vəkili səfər çərçivəsində ATƏT-in 2025-ci il İqtisadi və Ətraf Mühit Ölçüsü üzrə İcra iclasında iştirak edəcək. Deputatımızın tədbirdə çıxışı nəzərdə tutulub.
Səfər oktyabrın 30-da başa çatacaq.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.
 
                        