ABŞ prezidenti Donald Tramp bildirib ki, doqquzuncu münaqişənin tezliklə həll olunacağına ümid edir.
Busaat.az xəbər verir ki, o, bu barədə “Air Force One” təyyarəsində jurnalistlərə deyib
“Mən səkkiz müharibəyə son qoymuşam, doqquzuncu müharibə isə tezliklə gəlir. Ümid edirəm ki, Rusiya-Ukrayna münaqişəsi həll olunacaq”, – deyə Tramp bildirib.
Oktyabrın 20-də Ağ Evdə Avstraliyanın baş naziri Entoni Albanese ilə görüşün əvvəlində jurnalistlərlə söhbəti zamanı Tramp bəyan edib ki, onun səyləri artıq dünyanın müxtəlif regionlarında səkkiz hərbi münaqişəyə son qoyub.
Yeganə