AZ

Azərbaycan nümayəndə heyəti Mərakeş Krallığına səfər edib

Xalq qazeti saytından verilən məlumata görə, ain.az xəbər verir.

Azərbaycan Respublikası ilə  Mərakeş Krallığı arasında həyata keçirilən gənclər mübadiləsi proqramı çərçivəsində 12 nəfərdən ibarət Azərbaycan nümayəndə heyəti oktyabrın 14-dən 23-dək Mərakeş Krallığına səfər edib. Nümayəndə heyəti Mərakeşin Kasablanka, Agadir, Rabat şəhərlərində olub.

XQ xəbər verir ki, səfər çərçivəsində İCESCO-nun baş direktoru Səlim bin Məhəmməd Əl-Malik, Azərbaycan Respublikasının Mərakeş Krallığında Fövqəladə və Səlahiyyətli Səfiri Nazim Səmədov, Mərakeşin Gənclər, Mədəniyyət və Kommunikasiya Nazirliyinin Gənclər departamentinin baş katibi Mustafa Məssudi və regional direktoru Hişam Zeluax, Sous Massa bölgəsinin qubernatoru Said Amzazi ilə, həmçinin yerli gənclərlə görüşlər keçirilib. 

Mübadilə proqramına əsasən, Azərbaycan nümayəndə heyətinin Gənclər Mərkəzlərinə və Mərakeşin mədəni-tarixi abidələrinə ziyarətləri təşkil olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
1
xalqqazeti.az

2Mənbələr