AZ

İstanbulda 21 İŞİD üzvü saxlanıldı

İstanbulda İŞİD terror təşkilatına qarşı genişmiqyaslı əməliyyat keçirilib. Şəhərin 11 rayonda yerləşən 22 ünvanda aparılan əməliyyat nəticəsində 21 şübhəli saxlanılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, İstanbul Baş Prokurorluğu tərəfindən başladılan istintaq çərçivəsində şəhərdə 9-u xarici döyüşçü terrorçu olmaqla, 24 İŞİD üzvünün olduğu müəyyən edilib.

Onların təşkilatın ünsiyyət vasitəsi olan “Rockhetchat” adlı tətbiqdən istifadə etdikləri, sosial mediada İŞİD-in təbliğatını apardıqları və döyüş bölgələri ilə əlaqədə olduqları aşkarlanıb.

Digər üç şübhəlinin saxlanılması istiqamətində əməliyyatlar davam edir.

Seçilən
30
11
operativmm.az

9Mənbələr