AZ

Binəqədidə 26 yaşlı şəxsi hədələyib 1500-ə yaxın pulunu aldılar...


Oktyabrın 25-də axşam saatlarında Binəqədi rayonunda naməlum şəxslər 26 yaşlı paytaxt sakinini kəsici alətlə hədələyərək onun 1480 manatını ələ keçiriblər.

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri ilə quldurluq əməlini törətməkdə şübhəli bilinən 4 nəfər- Ə.Məlikov, M.Mustafayev, A.Məmmədov və A.Məmmədov müəyyən edilərək saxlanılıblar.

Araşdırma aparılır.

Seçilən
11
3
baki-xeber.com

9Mənbələr