AZ

Azərbaycan millisi Qazaxıstana qalib gəldi

Qazaxıstanda təlim-məşq toplanışında olan qadın futbolçulardan ibarət Azərbaycan milli komandası ikinci yoldaşlıq görüşünü keçirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektiv yenidən Qazaxıstan seçməsi ilə qarşılaşıb.

Şımkənt şəhər stadionunda təşkil olunan oyun yığmamızın minimal hesablı qələbəsi ilə bitib. Qarşılaşmada yeganə qolu 82-ci dəqiqədə Nigar Mirzəliyeva vurub.

Qeyd edək ki, bu komandalar arasında oktyabrın 24-də keçirilən ilk matçda da Azərbaycan millisi qalib gəlmişdi. Həmin qarşılaşma 2:1 hesabı ilə başa çatmışdı.

Seçilən
17
7
operativmm.az

8Mənbələr