AZ

Mərhumun varisləri cəzanının ağırlaşdırılmasını istəyir

Bakıda burun əməliyyatından sonra komaya düşən Nəzrin Mansurlunun ölümünə görə həbs olunan cərrah-otorinolorinqoloq Sənan Mehdiyevin barəsində olan hökmdən apellyasiya şikayəti verilib.

Publika.az APA-ya istinadla xəbər verir ki, zərərçəkmiş N. Mansurlunun hüquqi varisi tərəfindən verilən şikayətdə S. Mehdiyevin cəzasının ağırlaşdırılması tələb olunub.

Şikayət baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib.

Xatırladaq ki, Nəsimi rayon Məhkəməsinin qərarı ilə Sənan Mehdiyev 2 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.

Bu il yanvarın 12-də 1995-ci il təvəllüdlü Nəzrin Mansurlunun rinoplastika əməliyyatından sonra vəziyyətinin kəskin ağırlaşması səbəbindən yerləşdirildiyi xəstəxanada ölməsi faktı üzrə Nəsimi rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.

Seçilən
24
1
publika.az

2Mənbələr