AZ

Məhkəmə İqbal Əbilovla bağlı qərar verdi

Ajans.az xəbər verir ki, Şirvan Apellyasiya Məhkəməsində keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şikayət təmin olunmayıb. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü qüvvədə saxlanılıb.

Qeyd edək ki, məhkəmənin hökmü ilə İqbal Əbilov 18 il müddətinə azadlıqdan məhrum edilib.
Xarici ölkədə yaşamış İqbal Əbilov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilmiş xüsusi əməliyyat tədbirləri nəticəsində saxlanılıb.
Ona Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət), 281.3 (xarici təşkilatların və onların nümayəndələrinin tapşırığı ilə dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.1-ci (milli nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlər) maddələri ilə ittiham elan olunub.

Seçilən
23
9
Ajans.az

10Mənbələr