AZ

Sumqayıtda 1800 abonentin qazı kəsiləcək

Sumqayıt şəhərinin bəzi ərazilərində qaz təchizatında müvəqqəti fasilə olacaq.

Bu barədə Demokrat.az-a "Azəriqaz" İB Sumqayıt QİS-dən bildirilib.

Qeyd olunub ki, şəhərin "Yaşıl dərə" adlanan ərazisində diametri 57 millimetr olan qaz xəttində sızma aşkarlanıb.

Sızmanın aradan qaldırılması ilə əlaqədar bu gün saat 17:00-dan etibarən, ərazidəki 1800 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq.

Seçilən
31
12
demokrat.az

10Mənbələr