AZ

Nazir: "Uşağın təhsilə marağını valideyn formalaşdırmalıdır"

"Son illərdə əsas narahatlıq doğuran məqam oğlanların nəticələridir. Bu gün qızların nəticələrində müəyyən irəliləyiş müşahidə olunur, lakin oğlanlarda müəyyən geriləmələr var".

​​​​​​"Cebheinfo.az" xəbər verir ki, bu fikirləri bu gün elm və təhsil naziri Emin Əmrullayev “Gənc qızların təhsilinə dəstək” layihəsi çərçivəsində həyata keçirilən “Hənifə Məlikova-Zərdabi adına təqaüd proqramı 2025”in təqdimat mərasimində deyib.

O bildirib ki, bu baxımdan son dövrlərdə oğlan uşaqlarının davranış tərzi və digər uşaqlarla münasibətləri müəyyən mənada narahatlıq doğurur:

"Amma bu hər bir ailənin, xüsusilə də valideynlərin məsuliyyətidir. Hər bir evdə uşağın elm və təhsilə marağını ilk növbədə valideyn formalaşdırmalıdır".

​​​​​​"Cebheinfo.az"

Seçilən
26
5
cebheinfo.az

6Mənbələr