AzVision.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Digər sərəncamla Seymur Həbib oğlu Fətəliyev Azərbaycanın Meksikada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Eyni zamanda dövlət başçısı Eldar Nadir oğlu Səlimovu imzaladığı sərəncamla Azərbaycanın İordaniya Haşimilər Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırıb və o, Azərbaycan Respublikasının İraq Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Bundan başqa Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığında, eyni zamanda Bəhreyn Krallığında fövqəladə və səlahiyyətli səfiri və Azərbaycan Respublikasının İslam Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılan Şahin Şakir oğlu Abdullayev İordaniya Haşimilər Krallığında fövqəladə və səlahiyyətli səfir təyin edilib
AzVision.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta