AZ

İrlandiya prezidenti xəstəxanalıq oldu

İrlandiyanın hazırkı prezidenti Maykl D.Higgins gecəni xəstəxanada keçirib.

"Unikal" xəbər verir ki, bu barədə “İndependent” qəzeti yazır. 

Bildirilir ki, İrlandiya lideri özünü pis hiss etdiyini bildirdikdən sonra müayinə üçün Müqəddəs Ceyms xəstəxanasına gedib. Xəstəxanada ona infeksiya diaqnozu qoyulub. 84 yaşlı siyasətçinin ikinci və son səlahiyyət müddəti noyabrın 10-da başa çatır.

Oktyabrın 24-də irlandiyalı seçicilər solçu müstəqil Ketrin Konollinin onun varisi seçilməsinə səs veriblər.

Seçilən
11
unikal.az

1Mənbələr