AZ

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilir

Bakı, 27 oktyabr, AZƏRTAC

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) artan sərnişin tələbatını təmin etmək məqsədilə 1 noyabrda Bakı-Ağstafa, 2 noyabrda isə Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edir.

ADY-dən AZƏRTAC-a bildirilib ki, bu istiqamətlər üzrə gündəlik Bakı–Qazax–Bakı marşrutu ilə də səfər etmək olar.

Biletləri dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə etmək olar.

 

Seçilən
42
5
azertag.az

10Mənbələr