AZ

Avropa Parlamenti “COP29 Bakı Çağırışını” qlobal iqlim gündəliyinin əlamətdar hadisəsi kimi qiymətləndirib

Bakı. Trend:

Avropa Parlamenti ölkəmizin uğurla ev sahibliyi etdiyi BMT-ninİqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının TərəflərKonfransının 29-cu sessiyası (COP29) çərçivəsində qəbul olunmuşSülh, Yardım və Bərpa üçün İqlim Fəaliyyətinə dair Bakı Çağırışını(Bakı Çağırışı) iqlim fəaliyyəti, sülh və təhlükəsizlik sahəsindəqlobal gündəliyin irəliləməsində mühüm mərhələ olduğuqənaətindədir.

Trend xəbərverir ki, Braziliyanın Belem şəhərində keçiriləcək COP30 konfransıilə bağlı Parlamentin qəbul etdiyi xüsusi qətnamədə “iqlim, sülh və təhlükəsizlikgündəliyinə artan diqqət COP konfranslarında öz əksini tapmış,xüsusilə COP29 zamanı “Sülh, Yardım və Bərpa üçün İqlimFəaliyyətinə dair Bakı Çağırışı”nın qəbul olunması ilə aydınşəkildə nümayiş olunmuşdur” deyə qeyd edilir.

Avropa Parlamentinin bu dəyərləndirməsi Bakı Çağırışının iqlimdəyişikliyi, münaqişələrin qarşısının alınması, humanitar yardım,sülh və münaqişədən sonrakı bərpa prosesləri arasındakı qarşılıqlıəlaqələrin həlli istiqamətində qlobal səyləri birləşdirən mühümbeynəlxalq təşəbbüs kimi artan əhəmiyyətini bir daha təsdiqedir.

Eyni zamanda, bu qiymətləndirmə Azərbaycanın qlobal iqlimdiplomatiyasında lider mövqeyinin və beynəlxalq iqlim fəaliyyətindəsülhə və dayanıqlı inkişafa verdiyi mühüm töhfənin barizgöstəricisidir.

COP29 çərçivəsində ölkəmizin təşəbbüsü ilə təqdim edilmiş BakıÇağırışı dünyanın 50-dən artıq dövlətini və beynəlxalq təşkilatını,iqlim və inkişaf maliyyəsi üzrə təsisatlarını, həmçinin 300-dənartıq vətəndaş cəmiyyəti institutlarını və elmi qurumları bir arayagətirərək, xüsusilə ən az inkişaf etmiş və kiçik ada dövlətlərindədayanıqlılığın, sülhün və iqlim ədalətinin təşviqi məqsədilə birgəöhdəlikləri ehtiva edir.

Bununla yanaşı ölkəmizin COP29-a Sədrliyi dövründə BMT-nin BaşAssambleyası kimi mötəbər platformalarda keçirtdiyi yüksəksəviyyəli tədbirlər, Bakı Çağırışına əsasən təsis edilmiş Bakıİqlim və Sülh Fəaliyyəti Mərkəzinin iqlim fəaliyyəti və sülhsahəsində çoxtərəfli əməkdaşlığın gücləndirilməsi, həmçinin iqlimdəyişikliyi və münaqişələrin təsirinə məruz qalan ölkələrindəstəklənməsi sahəsində istiqamətverici çərçivə mexanizmi olduğunadəlalət edir.

Ölkəmizin bu ilin noyabr ayında Braziliyanın Belem şəhərindəkeçiriləcək COP30 iştirakı çərçivəsində, Bakı Mərkəzi tərəfindənİllik Yüksəksəviyyəli Dialoq təşkil ediləcəkdir. İqlimdiplomatiyasının lider ölkələrinin dövlət rəsmiləri, beynəlxalqtəşkilatların və ekspert mərkəzlərinin nümayəndələrini bir arayagətirərək tədbirdə Bakı Çağırışının qoyduğu hədəflərdən irəli gələnkonkret fəaliyyətlərə start verilməsi gözlənilir.

Məqalədə:
Seçilən
25
11
az.trend.az

10Mənbələr