Daxili İşlər Nazirliyinin məlumatına görə, Konvensiyanın məqsədi informasiya-kommunikasiya texnologiyaları ilə bağlı cinayətlərə qarşı beynəlxalq əməkdaşlığı gücləndirmək və qlobal kibertəhlükəsizlik səviyyəsini artırmaqdır.
Qazaxıstan sənədin hazırlanmasında da fəal iştirak edib, milli maraqlarını müdafiə edib və ölkələr arasında effektiv əməkdaşlıq mexanizmləri təklif edib.
Konvensiyaya qoşulmaq Qazaxıstana aşağıdakı imkanları yaradacaq: digər ölkələrlə elektron sübutların mübadiləsini həyata keçirmək; transsərhəd kibercinayətləri daha səmərəli araşdırmaq; vətəndaşları internet fırıldaqları, kibertəhlükələr və kiberhücumlara qarşı daha etibarlı qorumaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31