AZ

Ravvinlərin Bakı toplantısı ləğv edildi Nə baş verir?

ain.az, Modern.az portalına istinadən məlumat verir.

Avropa ravvinlərinin Bakıda keçirilməli olan toplantısının ləğv edildiyi bildirilir.

Modern.az xəbər verir ki, bu barədə İsrailin "Ynet News nəşri məlumat yayıb.

Məlumata görə, Avropa Ravvinləri Konfransının (CER) 3–6 noyabr tarixlərində Bakıda keçirilməsi planlaşdırılan toplantısında Avropa, İsrail, ABŞ və digər ölkələrdən ravvinlər, dini liderlər, siyasətçilər və ictimai xadimlər olmaqla təxminən 600 nəfərin iştirakı nəzərdə tutulurdu.

Tədbirdə İsrailin baş ravvinləri David Yosef və Kalman Ber, eləcə də diaspor və antisemitizmlə mübarizə naziri Amihay Şikli və mədəni irs naziri Amihay Eliyahunun da iştirak edəcəyi gözlənilirdi.

Konfransın təşkilatçıları daha əvvəlki açıqlamalarında bildirmişdilər ki, Bakı toplantısı müsəlman ölkəsində keçiriləcək ilk belə miqyaslı ravvinlər konfransı olacaqdı. Mərasim “dini və mədəni sərhədləri aşan qarşılıqlı hörmət və əməkdaşlıq nümunəsi” kimi təqdim edilirdi.

Toplantının hansı səbəbdən ləğv edildiyi və başqa tarixə təxirə salınıb-salınmadığı barədə rəsmi açıqlama verilməyib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
9
2
modern.az

3Mənbələr