ain.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"İmişli"nin futbolçusu Vüsal Qəmbərov Misli Premyer Liqasının 9-cu turunda “Kəpəz”ə qarşı oyunda (3:0) aldığı zədə nəticəsində qamış (tibia) və incik (fibula) sümüklərinin sınığı diaqnozu ilə 27 oktyabr 2025-ci il tarixində əməliyyat olunub.
Bu barədə Fanat.Az-a Premyer Liqanın debütantının sözçüsü Leyla Behbudlu məlumat verib.
Klub rəsmisinin sözlərinə görə, Vüsala qamış sümüyünün sınığı səbəbilə intramedüllar çivi ilə osteosintez əməliyyatı icra edilib, incik sümüyündəki qırığa isə alçı sarğı tətbiq olunub. Əməliyyat uğurla həyata keçirilib, oyunçunun vəziyyəti stabil və qənaətbəxşdir.
Qəmbərov hazırda klubun tibbi heyətinin nəzarəti altındadır və yaxın günlərdə reabilitasiya mərhələsinə başlayacaq. Klub rəhbərliyi və həkim heyəti futbolçunun tam bərpası və tezliklə meydanlara qayıtması üçün bütün zəruri şəraiti təmin edir.
Nihat
Abunə Ol
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.