AZ

Milli İncəsənət Muzeyində “Keçə sənəti: əllərin sehri” çərçivəsində defile nümayiş etdirilib FOTO

ain.az xəbər verir, Milli.az saytına əsaslanaraq.

Azərbaycan Milli İncəsənət Muzeyində "Muzeydə mühazirə" layihəsi çərçivəsində "Keçə sənəti: əllərin sehri" adlı mühazirə keçirilib.

Mühazirəni sənətşünaslıq üzrə fəlsəfə doktoru, modelyer-dizayner Sevil Əliyeva təqdim edib. Tədbir qədim keçə sənətinin tarixi, yaranma prosesi və müasir tətbiq sahələrinə həsr olunub.

Tədbirdə həmçinin Azərbaycan Rəssamlar İttifaqının, Özbəkistan Rəssamlıq Akademiyasının üzvü, modelyer-dizayner Mehriban Əliyeva, modelyer-dizayner, keçə üzrə rəssamlar Maya Babayeva və Nailə Kərimova çıxış edərək öz işlərini nümayiş etdiriblər.

Dinləyicilər qədim keçə texnikalarının sirrləri, Azərbaycanda keçəçilik ənənələrinin formalaşması və bu sənətin hazırkı yaradıcı interpretasiyaları barədə maraqlı məlumatlar verilib. 

Tədbirin sonunda  təqdim olunan defiledə modelyer-dizaynerlərin müəllifi olduqları geyimlər nümayiş etdirilib.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
30
1
news.milli.az

10Mənbələr