Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan gələn ilin yazında İrəvanda keçiriləcək "Avropa Siyasi Birliyi"nin sammitinə dəvət olunublar.
“İki sahil” Ermənistan KİV-lərinə istinadla xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Ararat Mirzoyan jurnalistlərə deyib.
XİN rəhbəri qeyd edib ki, dəvətlər "hələ ki şifahi formada" göndərilib.